Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


07.09.2020  14:25 

Belarus müxalifət lideri naməlum şəxslər tərəfindən saxlanılıb





A+  A-

Belarus müxalifətinin liderlərindən biri Mariya Kolesnikova Minskin mərkəzində naməlum şəxslər tərəfindən saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Tut.by” informasiya portalı məlumat verib.

Onun üzərində “Svyaz” (Əlaqə) yazısı olan mikroavtobusa mindirilib naməlum istiqamətdə aparıldığı bildirilib.

Müxalifətin Koordinasiya Şurasının mətbuat katibi Anton Rodnenkov Kolesnikovanı tapmağa çalışsa da, daha sonra onunla da əlaqə itib. Onların harada olduğu məlum deyil. Şuranın daha iki üzvü Maksim Boqretsov və İvan Kravtsov ilə də əlaqə yoxdur. Belarus Daxili İşlər Nazirliyi Kolesnikovanın saxlanılması barədə məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, 9 avqustda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə görə Belarusda kütləvi etirazlar davam edir. MSK-ya görə, altıncı müddətə namizəd olan Aleksandr Lukaşenko səslərin 80 faizini, ana müxalifət namizədi Svetlana Tixanovskaya isə 10 faizini qazanıb. Etirazçılar Lukaşenkonun istefasını və ədalətli seçkilərin keçirilməsini tələb edirlər.

Xəbər 1814 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +