Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


09.12.2023  09:43 

Ağsuda silah-sursat aşkar edilib





A+  A-

Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xəzərnews.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisindən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 246 ədəd avtomat və pulemyot patronu, 2 ədəd ətrafı işıqlandırmaq üçün nəzərdə tutulan fişəng, eləcə də avtomata məxsus sandıqça aşkar edilərək götürülüb.

Son 1 gün ərzində keçirilən profilaktiki tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 6 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Şöbə əməkdaşları tərəfindən son 2 ay ərzində bu istiqamətdə keçirilən profilaktiki tədbirlər nəticəsində isə vətəndaşlardan ümumilikdə 18 odlu silah təhvil götürülüb.

Xəbər 998 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +