“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"


03.12.2022  12:02 

Evlilikdən əvvəl boşanma tarixini verdi





A+  A-

Bir müddət əvvəl Ece Dağıstandan ayrılan və Beykoz Ədliyyəsində ikinci dəfə boşanan Fazıl Say yumoristik paylaşım edib.

XəzərNews.az xəbər verir ki, F.Sayın açıqlaması maraqla qarşılanıb.

"Həyatımda iki dəfə Beykozda olmuşam. Daha doğrusu Beykoz Ədliyyəsinə getmişəm. 2004-cü ildə Gülyardan, 2022-ci ildə Ece ilə boşanmışam. İkimiz də sevgi ilə ayrılmışıq. Yəni hər 18 ildən bir Beykoza gedirəm. Təqvimə baxdım, növbəti il ​​2040-dır. Gözləyək, görək...” - deyə F.Say növbəti boşanmanın bu tarixdə olacağına işarə edib.

Qeyd edək ki, məşhur pianoçu Fazıl Say və Ece Dağıstan 2019-cu ildə İtaliyanın Milan şəhərində evlənmişlər. Bir müddət sonra evliliklərində yaşadıqları böhrandan çıxa bilməyən Say və Dağıstan çərşənbə günü Beykoz Ədliyyəsində boşanıblar.

1997-2004-cü illərdə Gülyar Balcı ilə evli olan sənətçi ikinci dəfə boşandıqdan sonra yumoristik paylaşım edib.

L.Zahidqızı
XəzərNews.az


Xəbər 1116 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +