“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


20.06.2019  16:45 

“Əmi” ləqəbli narkotacir saxlanıldı





A+  A-

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
Bu haqda DİN mətbuat xidmətinin Şirvan regional qrupundan XəzərNews.az-a verilən məlumatda bildirilib.

Daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş Rafiq Bədəlov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 1,657 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər 1345 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +