Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


17.03.2023  17:15 

Aygün Əliyeva UNEP-in Avropa ofisinin direktoru ilə görüşdü





A+  A-

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti BMT-nin ətraf mühit proqramının (UNEP) Avropa ofisinin direktoru xanım Silviya Motardla görüşüblər.

XəzərNews.az xəbər verir ki, görüşdə Agentliyin dəstəyi ilə ətraf mühitin mühafizəsi sahəsində qeyri-hökumət təşkilatlarının icra etdiyi layihələr haqqında məlumat verən Aygün Əliyeva bu istiqamətdə beynəlxalq dəstəyin olduqca vacib olduğunu vurğulayıb.

O bildirib ki, ətraf mühitin mühafizəsi sahəsi son illərdə ölkəmiz üçün daha da aktuallaşıb. Belə ki, işğaldan azad olunan ərazilərimizdə 30 il ərzində flora və faunaya vurulab zərbələr, eyni zamanda, çayların çirkləndirilməsi ekoloji problemlər yaradıb. Bu səbəbdən BMT-nin müxtəlif ekspertlərinin yerli QHT-lərlə birlikdə bu ərazilərdə monitorinq proseslərinin keçirilməsi aktuallığının olduğunu vurğulayıb.

Qonaqları salamlayan xanım Motard Agentliyin fəaliyyətinin ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib ki, BMT-nin ətraf mühit proqramı mütəmadi olaraq QHT-lər üçün proqramlar həyata keçirirlər. Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə də əməkdaşlığa hazır olduqlarını vurğulayıb.



Xəbər 1112 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +