Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


30.03.2019  19:17 

Məşğulluqla bağlı yeni sistem istifadəyə veriləcək





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan Məşğulluq altsistemi yaxın günlərdə sınaq rejimində fəaliyyətə başlayacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, ilk dövrdə vətəndaşların müraciəti paralel olaraq qəbul ediləcək. Yəni, vətəndaşlar həm Məşğulluq altsistemi üzərindən, həm də yerli məşğulluq mərkəzlərinə əyani şəkildə müraciətlərini edə biləcəklər.

Sınaq müddəti 2 ay davam edəcək. Cari ilin iyun ayından etibarən sistemin tam olaraq istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, Məşğulluq altsistemi dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara daha əlçatan olması üçün yaradılıb. Altsistem vakansiyalar, habelə işsiz və işaxtaranlara dair real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik olmaqla, məşğulluq xidmətləri barədə məlumatlara real vaxt rejimində çıxış və onlardan istifadə imkanı yaradır.

Xəbər 1215 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +