Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


06.11.2017  15:18 

11 şahzadə oteldə mühasirədədir - Biri Tvitterin səhmdarıdır





A+  A-

Səudiyyə Ərəbistanında son illərin ən böyük siyasi böhranı yaşanır.
XəzərNews.az xəbər verir ki, ötən gün baş tutan antikorrupsiya əməliyyatı çərçivəsində 11 şahzadə, 4 nazir, Tv sahibləri və iş adamları da daxil olmaqla 38 nəfər saxlanılıb. Əməliyyatın arxasında iqtidarını möhkəmləndirmək və həyata keçirəcəyi islahatlara zəmin hazırlamaq istəyən 32 yaşlı səudiyyəli vəliəhd şahzadə bin Salmanın dayandığı deyilir.

Səudiyyə Ərəbistanının baş prokuroru şeyx Suud əl Mucib şübhəlilərin istənilən ölkə vətəndaşı ilə eyni haqqa sahib olduğunu və onlara fərqli münasibət göstərilməyəcəyini bildirib.

Saxlanılanlar arasında Tvitterin ikinci ən böyük səhmdarı, 17 milyardlıq sərvətin sahibi olan şahzadə Əl Valid bin Talad da var.

Bundan başqa, terror təşkilatı Əl-qaidənin lideri Usama bin Ladinin böyük qardaşı, inşaat şirkətlərinin rəhbəri Bakr bin Ladinin də adı bu siyahıdadır.

Yüksək vəzifəlilərin ölkəni tərk etməsinə mane olmaq üçün hava limanlarında özəl təyyarələrin uçuşuna qadağa qoyulub. Bu isə həbslərin artacağı ehtimalını istisna etmir.

Şübhəlilər paytaxt Riyaddakı Ritz-Carlton Otelində saxlanılır. Dünən etibarən otelə gedən bütün telefon xətləri kəsilib.

Xəbər 1196 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +