Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


31.10.2017  12:32 

Məhkəmə qərarı - Çovdarov quldurluq etməyib...





A+  A-

Dünən Bakı Hərbi Məhkəməsində “MTN işi” üzrə Akif Çovdarov, Səlim Məmmədova, Akif Əliyev və Orxan Osmanova hökm oxunan zaman onların ittiham edildiyi maddələrdən bir neçəsi cinayət işindən çıxarılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Həbib Həsənovun elan etdiyi hökmdə adıçəkilən şəxslərin quldurluq əməli törətmədiyi qənaətinə gəlinib.

Buna görə də cinayət işində təqsirləndirilən şəxslərə qarşı ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.

Lakin həmin maddələr üzrə adıçəkilən şəxslərə bəraət verilməsi yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib. Sadəcə hökmdə bu maddələr üzrə cəza verilməyib.

Qeyd edək ki, hökmə əsasən A,Çovdarov 12 il, S.Məmmədov 11 il, A.Əliyev 5 il, O.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Xəbər 1514 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +