Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


07.10.2017  17:54 

Azərbaycanda ağır yol qəzası - Direktorlar yaralandı





A+  A-

Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına çıxıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini 1954-cü il təvəllüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzada xəsarət alanlar - İbrahimov Valeh İsmayıl oğlu rayonun Ələsgərli kənd orta məktəbinin, Xəlilov Akif Yusif oğlu isə İrəvanlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.



Xəbər 1053 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +