Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


23.08.2017  11:54 

Bakıda toz dumanı bir qədər də arta bilər - Xəbərdarlıq





A+  A-

Hazırda Bakıda müşahidə olunan toz dumanı Türkmənistan ərazisindən daxil olan tozlu küləklə bağlıdır və analizlərin nəticəsinə əsasən, havada tozun həcmi sanitar normadan 20 faiz artıqdır.
XəzərNews.az-ın məlumatına görə, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.

M.Avazova bildirib ki, tozlu külək bu gün səhər saat 09:00-dan Azərbaycan ərazisinə daxil olub: "Səhər saat 07:00-da aparılan analizlərin nəticəsinə əsasən, havada tozun miqdarı norma daxilində olub, lakin sonradan vəziyyət dəyişib".

Departament direktoru bildirib ki, bu cür hava şəraitinin ayın 26-dək davam edəcəyi proqnozlaşdırılır:

"Zəif cənub-şərq küləyi əsdikcə, yəni Türkmənistan tərəfdən külək əsdikcə tozlu hava şəraitinin avqustun 26-na qədər davam edəcəyi, atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır. Havada yüksək temperatur, yüksək rütubət olacaq. Məsləhət olunur ki, nəfəs yollarında problem olan insanlar ev şəraitində qalsınlar. Əgər başqa istiqamətdən külək olarsa, vəziyyət başqa cür inkişaf edə bilər”.

Xəbər 1747 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +