Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


04.04.2025  11:40 

Rusiya sanksiyaların ləğvini tələb etmir





A+  A-

Moskva Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqlar çərçivəsində ABŞ-dan sanksiyaları ləğv etməyi tələb etmir.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Vaşinqtonda səfərdə olan Rusiya prezidenti Vladimir Putinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Fox News-a müsahibəsində bildirib.

O, sanksiyaların ləğvinin Rusiyanın atəşi dayandırması üçün şərt olub-olmaması ilə bağlı suala cavabında deyib: “Rusiya sanksiyaların ləğvini tələb etmir".

Onun sözlərinə görə, 2024-cü ildə Rusiya ÜDM-nin artım səviyyəsi "cəmi 1% olan Avropa ilə müqayisədə" 4% təşkil edib.

O, həmçinin qeyd edib ki, Amerika şirkətləri Ukraynanı tam miqyaslı işğal etdiyi üçün Rusiyanı tərk edərək təxminən 300 milyard dollar gəlir itirib.

"Düşünürəm ki, Amerika şirkətləri geri qayıtmaq istəyəndə və Rusiyada biznes imkanlarından yararlanmaq istəyəndə sanksiyalar götürülə bilər. Amma indi Rusiya heç bir ilkin şərt irəli sürmür və sanksiyalar siyasətində konkret yumşalma tələb etmir", - Dmitriyev bildirib.



Xəbər 2011 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +