Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


14.08.2018  14:15 

İlahiyyat İnstitutuna sənəd qəbulu BAŞLADI





A+  A-

Azərbaycan İlahiyyat İnstitutuna 2018-2019-cu tədris ilində qəbul olunmuş abituriyentlər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
Bu barədə Azərbaycan İlahiyyat İnstitutundan XəzərNews.az-a məlumat verilib.

Həmin sənədlər bunlardır:

1. Tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli və notarial qaydada təsdiq edilmiş surəti (Kollec və ya ali təhsil müəssisəsinin 2017-2018 –ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);

2. Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM – in saytından çap edilir) (3 nüsxə);

3. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (3 nüsxə);

4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti (oğlanlar üçün) – 3 nüsxə;

5. Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086);

6. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 6 ədəd;

7. Həmçinin qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır.

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq elektron qeydiyyatdan keçməlidir.

Sənədlərin qəbulu 2018-ci ilin avqust ayının 16-dan 28-dək hər gün (şənbə , bazar və bayram günləri istisna olmaqla) saat 10:00-17:00–dək Yasamal rayonu Əhməd Cəmil küç. 41A – da (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında) aparılacaqdır.

Xəbər 1716 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +