Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


02.12.2020  16:23 

Putindən Qarabağa humanitar yardımla bağlı açıqlama





A+  A-

“Rusiya Qarabağdakı insanlara humanitar yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyindəki bütün tərəfdaşların cəlb olunmasında maraqlıdır”.
XəzərNews.az-ın “Ria Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində bildirib.

“Rusiya tərəfi İrəvan və Bakı ilə koordinasiyalı şəkildə onsuz da bütün bu məsələlərlə məşğul olur. Təbii ki, KTMT və MDB-dəki bütün tərəfdaşlarımızın humanitar səylərinə qoşulmaqda maraqlıyıq. Digər beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını da müzakirə edirik”, - deyə Putin sözlərinə əlavə edib.

Putin bildirib ki, Dağlıq Qarabağdakı müharibə zonasında əziyyət çəkən insanlara ortaq şəkildə yardım göstərmək vacibdir:

“İndi döyüş əməliyyatları zonasında təsirlənmiş insanlara birgə yardım göstərməliyik. Qaçqınların geri qaytarılması ilə bağlı humanitar problemlərin həllinə, məhv edilmiş infrastrukturun bərpasına, tarix, din və mədəniyyət abidələrinin qorunmasına köməklik göstərin”.

Xəbər 2027 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +