Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


09.11.2021  09:02 

Kür niyə quruyur - Səbəb?





A+  A-

Kürün çayının səviyyəsinin bu qədər aşağı düşməsi payız günlərinin o qədər də yağışlı keçməməsiylə bağlıdır.

XezerNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında ekoloq İsa Mustafayev Kür çayında suyun səviyyəsinin sürətlə azalmasının səbəblərindən danışarkən deyib:

"Artıq iqlim dəyişmələri özünü göstərir. Buzlaqlarda qarın qalınlığı azalıb. Ümumiyyətlə, Kür çayını su ilə təmin edən Böyük Qafqaz dağlarında yağıntının az olması da çayın suyunun azalmasına gətirib çıxarıb”.

Həmsöhbətimizin fikrincə, belə vəziyyətdə Kürün keçdiyi ölkələrlə sudan istifadə məsələsində ciddi danışıqlar aparmaq lazımdır ki, çayın suyu daha da azalmasın:

"Kürün Azərbaycandan keçən hissəsində olan suyun 60 faizi kənardan gəlir. Belədə bundan sonra kənar dövlətlərlə Kürün suyunun qorunması, bölüşdürülməsində tam ədalətə nail olmalıyıq. Prosesi diplomatik yolla həll etməliyik. Habelə müəyyən adaptasiya tədbirləri də həyata keçirilməlidir ki, sudan ehtiyatla istifadə edək. Kürün üzərində kaskad su anbarları var. Onun idarə edilməsinə də xüsusi diqqət yetirməliyik ki, su boş-boşuna axmasın və qış ehtiyaclarını ödəyə bilək. Yəni bu fonda sudan qənaətlə istifadə artıq günümüzün tələbinə çevrilir”.

Qeyd edək ki, Salyanda Kür çayında suyun səviyyəsi xeyli düşüb. Mətbuatın məlumatına görə, son günlər çayda suyun səviyyəsinin sürətlə azalması müşahidə olunur. Təkcə son 10-15 gündə Kür çayında suyn səviyyəsi 1 metrdən çox azalaraq minimum həddən də aşağı düşüb.

Xəbər 1582 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +