Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev
Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir - Pezeşkian
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü


04.03.2019  17:12 

İran səfirliyi Paşinyanın görüşünü pislədi





A+  A-

"İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin “Ararat” klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməyib, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları, İran XİN-in hörmətli sözçüsünün də dediyi kimi, özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyir".
XəzərNews.az xəbər verir ki, bu fikirlər İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda qeyd olunur.

Bildirilir ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olub, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib və bu siyasətini dəyişməyəcək:

"Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq.

İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz”.

Qeyd edək ki, Paşinyan “Ararat” klubunda baş tutan görüşdə selfi çəkdirərək feysbuk hesabında paylaşıb. Fotoda diqqət çəkən məqam isə qondarma Dağlıq Qarabağın bayrağının üzərində “Qarabağ Ermənistanındır” şüarının yazılması olub.

Xəbər 1550 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +