Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək


07.04.2025  19:03 

CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”





A+  A-

"Erməni atan iki saniyə tez qurtarsaydı, dünyaya gəlməzdin, Öcalan! İnşallah bu sənin son doğum günündür, satqın".

Bolu bələdiyyə başqanı Tanju Özcan CHP üzvüdür. O, sosial media üzərindən belə bir status paylaşıb.

Onun bu statusu ciddi mübahisələrə səbəb olub. Belə ki, bəziləri onu irqçi adlandırıb.
Buna cavab olaraq Tanju Özcan yeni bir status paylaşıb: “Ey PKK sevdalıları və ona rəğbət bəsləyənlər, statuslarıma şərh yazmayın. Türkiyə "Nə mutlu türkəm deyənlərindir...”

Xatırladım ki, Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mənsur Yavaş son çıxışlarının birində PKK bayraqlarını “cır-cındır” adlandırmışdı.

CHP başqanı Özgür Özel Mənsur bəyin bu ifadəsinə görə üzr istəməli oldu.

Tanju Özcan isə bir statusunda həm separatçı PKK-nı, həm də erməniləri yerdən yerə vurub.

Özgür Özel bu dəfədəmi üzr istəməli olacaq?

Əlbəttə, CHP-də belə bir milli ruh olsa, kimsənin bu partiyaya elə bir etirazı olmaz. Ancaq fakt olan odur ki, CHP etnik, dini və cinsi azlıqların maraqları üzərindən siyasət yürüdür. Bu isə Türkiyənin parçalanmasına gətirib çıxara bilər. Buna isə heç bir halda yol vermək olmaz...

Elbəyi Həsənli
Sürix




Xəbər 1910 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +