Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


17.04.2025  16:40 

Gizlədilən məlumatlar düzgün olmayan nəticələr formalaşdırır - İqtisadçı





A+  A-

“Dövlət Neft Fondunun açıqlamasından aydın olur ki, yola saldığımız I rübdə valyuta satışının həcmi $2,4 milyard olub. Bu, 2020-ci ildən sonra ən yüksək həddir. Çünki pandemiya səbəbindən dünya bazarında neftin kəskin ucuzlaşması nəticəsində Fondun yanvar-mart aylarında valyuta satışı $2,8 milyarda yaxın olub ki, bunun da $1,9 milyardı mart ayında baş verib”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Samir Əliyev çıxış edib.

S.Əliyev qeyd edib ki, həmin dövrdə neftin kəskin ucuzlaşması da məhz bu aya təsadüf edirdi:

“Təxminən eyni vəziyyət bu il də təkrarlanıb. Mərkəzi Bankın yanvar-fevral ayları üzrə valyuta satışı barədə məlumatlarına istinad etsək görərik ki, həmin aylarda satışın həcmi $900 milyona çatmayıb. Belə çıxır ki, yarısı qeyri-iş günü olan və məntiqi olaraq az sayda keçirilmiş hərracda satılan valyutanın həcmi $1,6 milyarda yaxın olub”.

İqtisadçı əlavə edib ki, Dövlət Neft Fondu artıq 2025-ci ildən başlayaraq satılan valyutanın həcmi barədə hər ay açıqladığı məlumatları dayandırıb:

“Mərkəzi Bank da mart ayından etibarən analoji addımı atmağa başlayıb. Mərkəzi Bank rəhbərliyi bunu məzənnənin sabitliyi və hərracda valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə açıqlanmasının aktual hesab olunmaması ilə əlaqələndirib. Fikrimcə, bu düzgün addım deyil. Əvvəla, ona görə ki, bu vəsaitlər ictimai maliyyənin tərkib hissəsidir və onun açıqlanması şəffaflıq və hesabatlılıq baxımından zəruridir. İkincisi, məlumatlara çıxışın məhdudlaşdırılması neftin ucuzlaşmasının yaratdığı indiki həssas dövrdə əlavə suallara və narahatçılığa yol açır. Çünki gizlədilən və ya açıqlanması məqbul hesab edilməyən məlumatlar hər zaman düzgün olmayan nəticələr formalaşdırır”.



Xəbər 401 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +