Yanğında həyətdə olan maşınlar da yanıb
“Şərurlu İsfəndiyar“ın oğlu külli miqdarda mənimsəməyə görə saxlanılıb
Fərid Əhmədov generalı özünə müşavir təyin edib
Şərurlu İsfəndiyarın oğlu həbs edilib
Putin Pasxa atəşkəsi elan etdi
Azərbaycanlı Almaniyada sevgilisini öldürdü
Mebel fabrikinin fəaliyyəti dayandırıldı - Cəlilabadda
Polis 88 min manatlıq dələduzluq edən şəxsləri saxladı
Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu


07.11.2019  15:58 

Alı Alıyev növbəti qəbul keçirib - Fotolar





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Mollaməhərrəmli kəndində keçirilib.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
Səyyar qəbulda çıxış edən Alı Alıyev rayonun inkişafı üçün vətəndaş-məmur münasibətlərinin önəmli olduğunu bildirib. Alı Alıyev, rayonda hansı təşkilatda işləməsindən və tutduğu vəzifədən asılı olmayaraq bütün məmurların, dövlət işçilərinin, hüquq-mühafizə orqanlarının əhali üçün işləməli, insanlara xidmət etməli olduqlarını vurğulayıb.
Alı Alıyev həmçinin Azərbaycanda həyata keçirilən islahatların uğurlu nəticələrindən də danışıb. Qeyd edib ki, 2019-cu ilin əvvəlindən başlayaraq respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə xidmət göstərir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. Və bu islahatlar uğurlu nəticələr verməkdədir.
Mollaməhərrəmli kəndinin ümumi əhalisi 816 nəfərdi, hal-hazırda 350 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 645 nəfərə hər ay 38700 manat vahid aylıq müavinət ödənilir, 1 ailəyə ünvanlı sosial yardım təyin edilib, 4 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Mollaməhərrəmli kəndində 1 şəhid ailəsi, 3 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 117 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 117 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.






Xəbər 1517 dəfə oxunub.




19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +