Tramp Krımın Rusiya kimi tanınmasını istəyir
Rusiya Ukraynaya pilotsuz təyyarələrlə hücum edib
DTX xaricdə gizlənən azərbaycanlını ölkəyə gətirdi
Müharibədə daha bir həmyerlimiz həlak olub
Şəki-Oğuz sərhəddində zəlzələ qeydə alınıb
Yanğında həyətdə olan maşınlar da yanıb
“Şərurlu İsfəndiyar“ın oğlu külli miqdarda mənimsəməyə görə saxlanılıb
Fərid Əhmədov generalı özünə müşavir təyin edib
Şərurlu İsfəndiyarın oğlu həbs edilib
Putin Pasxa atəşkəsi elan etdi


01.11.2019  13:02 

Sabah da yağış, külək olacaq





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 noyabrda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 13-15, Bakıda gecə 10-12, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında

Noyabrın 2-də arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 7-12, gündüz 15-18, dağlarda gecə 2-6, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbər 1568 dəfə oxunub.




19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +