Kreditlər üzrə “qara siyahıya” düşməyəcəksiniz
Tramp Krımın Rusiya kimi tanınmasını istəyir
Rusiya Ukraynaya pilotsuz təyyarələrlə hücum edib
DTX xaricdə gizlənən azərbaycanlını ölkəyə gətirdi
Müharibədə daha bir həmyerlimiz həlak olub
Şəki-Oğuz sərhəddində zəlzələ qeydə alınıb
Yanğında həyətdə olan maşınlar da yanıb
“Şərurlu İsfəndiyar“ın oğlu külli miqdarda mənimsəməyə görə saxlanılıb
Fərid Əhmədov generalı özünə müşavir təyin edib
Şərurlu İsfəndiyarın oğlu həbs edilib


16.11.2018  09:43 

Vulkanların oyanması zəlzələdən xəbər verir





A+  A-

“Vulkanların aktivləşməsi bizə zəlzələnin olacağı haqqında məlumat verir”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. A.Əliyev apardıqları tədqiqatlara əsasən qeyd edib ki, güclü zəlzələ palçıq vulkanını oyadır.

Alimin sözlərinə görə, vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentrindən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Vulkanın kraterində kütlənin aktiv axıntısının olması yaxın vaxtlarda vulkana yaxın ərazidə zəlzələnin baş verəcəyini söyləməyə imkan verir:

"Bu axıntını öyrəndikdə görürük ki, qazın, suyun tərkibində bəzi komponentlər anomal şəkildə artır. Onda belə fikir söyləyirik ki, yaxın zamanda vulkana yaxın ərazidə zəif zəlzələ baş verəcək. Bəziləri hesab edirlər ki, qonşu ölkələrdə zəlzələ olanda o, bizim vulkanların oyanmasına təsir edə bilər. Lakin bunlar elmi baxımdan çox vaxt təsdiqini tapmayan fikirlərdir. Mənbələrdə qeyd edilən məlumatlara görə, 1902-ci ildə Şamaxıda baş verən dağıdıcı zəlzələdən 15 dəqiqə sonra ondan 32 km aralıda yerləşən Şıxzərli vulkanı güclü şəkildə püskürüb. Belə faktlar çoxdur, ona görə də onlara istinad etmək lazımdır. 2008-ci ildə Şirvanda, Hacıqabulda 4-5 zəlzələ baş vermişdi. Bu zəlzələlərin nəticəsi olaraq, 10 gün sonra Ayrantökən vulkanı püskürmüşdü".

A.Əliyevin sözlərinə görə, artıq bir neçə ildir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin alimləri ilə birlikdə zəlzələ və vulkanların qarşılıqlı təsirinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır.

Xəbər 1718 dəfə oxunub.




19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +