Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


06.11.2018  13:57 

Əlil tələbələrin təhsil haqqı ilə bağlı təklif





A+  A-

“Əlilliyi olan tələbələr təhsil haqqından azad edilməlidir”.
XəzərNews.az xəbər verir ki, bu təkliflə deputat Qənirə Paşayeva parlamentdə büdcə müzakirələri zamanı deyib.

O, qeyd edib ki, təhsil haqqını ödəyə bilmədiyinə görə, hazırda bir əlil gənc universiteti buraxmaq məcburiyyətində qalıb: “Onlar əziyyət çəkib universitetə daxil olur. Ancaq ödənişlərini edə bilmirlər. Buna görə də, təhsil kreditlərinin həcmi genişlənməli və bütün universitetləri əhatə etməlidir.

Həmçinin biz illərdir burada koxlear implantasiya məsələsinə pul ayrılması istəyirik. Bu o qədər az vəsaitdir ki, onu etmək olar. Çünki karlıqdan əziyyət çəkən uşaqlar 7 yaşına kimi bu əməliyyat olmaldıır. Yaş artanda bunu etmək mümkün olmur. Bu pul ayrılmayanda dövlət sonra həmin uşaqlara əlillik dərəcəsi verir. Amma vaxtında bu edilərsə, əlilliyə ehtiyac qalmaz”.

Xəbər 1843 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +