Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


31.03.2018  16:09 

1000-dən çox neftçi dənizə qayıtdı





A+  A-

Hava şəraitinin kəskinləşməsi ilə bağlı neftçilərin təhlükəsizliyi məqsədi ilə martın 30-da SOCAR-ın estakada və dəniz özüllərindən təxliyyə edilmiş əməkdaşlar martın 31-də iş yerlərinə qaytarılmağa başlayıb.
“Azneft” İstehsalat Birliyindən XəzərNews.az-a verilən məlumata görə, bu gün saat 12-dən etibarən şirkətin dəniz obyektlərində normal iş rejimi tədricən bərpa edilib, neftçilərin özüllərə qaytarılmasının təşkili üçün bütün lazımi tədbirlər görülüb. Hazırda dəniz neftçiləri normal iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Xatırladaq ki, daha əvvəl martın 30 və 31-də açıq dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib, 1000-dən çox işçi dəniz platformalarından təxliyə edilib, açıq havada aparılan işlərə, o cümlədən nəqliyyat və işçilərin estakada və dəniz özüllərində hərəkət etməsinə məhdudiyyət qoyulub.

Xəbər 1583 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +