Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


29.03.2018  11:56 

Milli Məclis sabah soyqırımına görə TOPLANIR





A+  A-

Sabah – martın 30-da Milli Məclisin Dünya Azərbyacnlılarının Soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclası keçiriləcək.
XəzərNews.az bildirir ki, bu haqda Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. İclasın gündəliyinə 1 məsələ daxil edilib.

Bu, “1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı qərar layihəsi”dir.

Xüsusi iclasda soyqırımı ilə bağlı qərar layihəsi qəbul ediləcək.

Həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək. Daha sonra isə müraciətin qəbulu məsələsinə baxılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Xəbər 2032 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +