Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan


11.08.2019  14:28 

Çində “Lekima” qasırğası - 1 milyon insan təxliyə edildi





A+  A-

Çində şiddətli "Lekima" qasırğasının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 28-ə çatıb.
XəzərNews.az xəbər verir ki, dünən Çin sahillərinə çatan qasırğa əsasən ölkənin Cıcian vilayətində ciddi tələfat və dağıntıya səbəb olub. Belə ki, Vencou şəhərinin Yoncia dairəsində qasırğanın gətirdiyi şiddətli yağışlar torpaq sürüşməsinə səbəb olub. Palçıq axını çayın qarşısını kəsib və daşqın suları qəsəbəni basıb. Vilayətdə 173 min hektar əkin sahəsi daşqın sularının atında qalıb, 34 min ev zərər görüb.

20 nəfərin itkin düşdüyü bildirilir.

Ümumilikdə, qasırğa səbəbindən 1 milyondan çox insan təxliyə edilib. Cıcian vilayətində qasırğanın törətdiyi fəsadlar 5 milyona yaxın sakinə mənfi təsir edib. Ümumi maddi zərər 14,57 milyard yuan (təxminən 2,1 milyard ABŞ dolları) qiymətləndirilir.

"Lekima" hazırda şimal istiqamətində Şandun vilayətinə doğru hərəkət edir. Güman olunur ki, günün sonunda qasırğa vilayətin sahillərinə çatacaq qasırğa güclü külək və şiddətli yağışlar gətirəcək. Hava limanlarından 47 təyyarənin uçuşu təxirə salınıb.

Qasırğa ölkənin Anhuy, Fucien, Ciansu, Cıcian vilayətlərində, habelə Şanxay şəhərində və Tayvan bölgəsində şiddətli yağışlara səbəb olub.

Xəbər 1309 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +