FTX Simferopol sakinini saxladı
BƏƏ, Qətər və İsrail İranı pulla alır? - ŞƏRH
Prezident İlham Əliyev Çinə rəsmi səfərə gedəcək
Təhsil idarələrinə yeni müdirlər təyin olunub
AYNA milyonlar qazanır, amma hesabat vermir...
Əzizovun çıxış yolu: Leysan zamanı tunellərə girməyin
Kreditlər üzrə “qara siyahıya” düşməyəcəksiniz
Tramp Krımın Rusiya kimi tanınmasını istəyir
Rusiya Ukraynaya pilotsuz təyyarələrlə hücum edib
DTX xaricdə gizlənən azərbaycanlını ölkəyə gətirdi


11.10.2018  20:27 

Həbibdən UFC-yə ultimatum - “Müqaviləni pozun”





A+  A-

UFC çempionatının qalibi Həbib Nurməhəmmədov UFC-yə ultimatum göndərib.
XəzərNews.az “Sovetskiy sport”a istinadən xəbər verir ki, idmançı rəhbərliyi UFC ilə müqaviləni pozmaqla hədələyib. Bu barədə o, çeçen tərəfdaşı Zubayra Tuxuqovun irlandiyalı Artyom Lobovla döyüşü qadağan edildikdən sonra İnstaqram səhifəsində yazıb:

“Mən UFC-yə müraciət edirəm. Siz niyə onların komandası (Konor Makqreqorun komandası) avtobusa hücum edəndə və bir neçə insanı yaralayanda heç kimi qovmadınız? Onlar kimisə öldürə bilərdilər. Niyə heç kəs mənim vətənimin, dinimin, millətimin, ailəmin təhqir olunması ilə bağlı heç nə demir? Hər iki komanda dalaşdığı halda, siz niyə məhz mənim komandamı cəzalandırırsınız? Deyirsinizsə ki, davanı mən başlatmışam, razı deyiləm. Çünki mən başlanan davanı bitirmişəm”.

Nurməhəmmədov təşkilata turnirdə baş verənlərə görə Tuxuqovu yox, onu cəzalandırmalarını təklif edib:

“İstənilən halda, məni cəzalandırmalısınız. Zubayra Tuxuqovu niyə? Düşünürsünüzsə ki, mən susacağam, yanılırsınız. Siz Konora yumruq atdığı üçün Zubayranın oyununu ləğv edirsiniz. Ancaq hər şey kameradan görünür, birinci Konor digər qardaşımı vurur. Bilirsiniz, siz onunla birlikdə məni də itirirsiniz. Rusiyada biz bir-birimizi atmırıq, qardaşıma görə sonadək getməyə hazıram. Siz onu qovmaq qərarına gəlmisinizsə, onda mənə pozulmuş müqaviləni göndərməyi unutmayın. Əks halda, mən özüm onu pozacam”.

Həbib təşkilatın ona ödəmədiyi qonorar məsələsinə də toxunub:

“Mənə göndərmədiyiniz qonorarımı da unutmamışam. Onu özünüzə götürə bilərsiniz, amma diqqət edin, boğazınızda qalmasın. Biz öz şərəfimizi qorumuşuq. Əsas olan da budur”.

Xatırladaq ki, UFC çempionatında irlandiyalı Konor Makqreqora qalib gəldikdən sonra azarkeşlər arasında ünvanına təhqirlər səsləndirilən Həbib rinqi tərk edərək onunla əlbəyaxa davaya çıxmışdı. Bu səbəbdən ona çempionat kəməri və qonorar verilməmişdi.

Xəbər 1862 dəfə oxunub.



21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı

19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu


BÜTÜN XƏBƏRLƏR +