Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan


15.07.2018  09:54 

Ermənistan əhalisi yenə küçələrə axışdı





A+  A-

Ermənistanda etiraz edənlər Qndevanka yola düşmək istəyən bütün ermənilərin katolikosu II Qareginin kortejini mühasirəyə alıblar.
XəzərNews.az xəbər verir ki, Qndevanka geri aparan yol avtomobillərlə və daşlarla bağlanıb, etiraz edənlər təhdid dolu çağırışlar səsləndirirlər

Xatırladaq ki, bir neçə gün əvvəl “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri II Qareginin Eçmiədzin kilsəsindəki dəftərxanasına basqın edərək, katolikos istefa verənədək kilsədə qalacaqlarını bəyan etmişdilər. Lakin polis zorla onları kilsədən çıxardı.

Onu da qeyd edək ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsü ilə başlayan “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir aydan çoxdur Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb, indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edirlər.

Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bildirirlər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib.

Köçəryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir.

Xəbər 1526 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +