Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan


22.03.2024  23:48 

Con Kirbi Moskvada baş verən silahlı insidentə münasibət bildirib





A+  A-

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında baş verən silahlı insidentə münasibət bildirib.

Xəzərnews.az xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.

O, ABŞ hakimiyyətinin hadisədə Ukraynanın əli olması barədə heç bir məlumatı olmadığını diqqətə çatdırıb.

“Hazırda atışmada Ukraynanın və ya ukraynalıların iştirakına dair heç bir sübut yoxdur", - Kirbi deyib.

"Reuters" agentliyi isə bildirib ki, Ağ Ev Rusiyada baş vermiş silahlı hücumla əlaqədar rəsmi Moskvaya başsağlığı verib.

İlkin məlumatlara görə, beş adam "Crocus City Hall"dakı konsert zalına hücum edib. Rəsmilər ölənlərin və yaralıların olduğunu bildirib, dəqiq say məlum deyil. Binada yanğın başlayıb və partlayış səsləri eşidilib.

Yerli kanallar xəbər verir ki, hadisə nəticəsində 40 nəfər ölüb, yüzdən çox insan yaralanıb.

“Shot” teleqram kanalının məlumatına əsasən, güc strukturları əraziyə basqın həyata keçirirlər. Xüsusi təyinatlıların artıq üçüncü qrupu binaya daxil olub. Binada girovların olması istisna edilmir. Qanlı cinayət törətmiş şəxslərdən dördü hadisə yerindən qaça bilib.

Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb.


Xəbər 804 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +