Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


01.06.2020  09:39 

Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır





A+  A-

Gürcüstanda qonaqlarını açıq havada yerləşdirmək imkanı olan ticarət mərkəzləri, “mall”lar və restoranlar bazar ertəsindən etibarən fəaliyyətə başlayacaqlar.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, müvafiq qərarı ölkənin Baş Naziri Georgi Qaxariya verib.

Restoranların açılmasından bir neçə gün əvvəl Səhiyyə Nazirliyi müştərilərə xidmət göstərilməsi ilə bağlı bir sıra tövsiyələr hazırlayıb. Səhiyyə Nazirliyində hesab edirlər ki, restoranlarda masalar arasında məsafə ən azı iki metr olmalıdır. Hər bir masanın arxasında altı nəfərdən artıq adam oturmamalıdır. Restoran sahibləri yalnız birdəfəlik süfrələrdən istifadə etməlidirlər və ya onların istifadəsini hər cür məhdudlaşdırmalıdırlar.

Qeyd edək ki, Gürcüstanda pandemiya ilə əlaqədar martın 21-dən mayın 22-dək fövqəladə vəziyyət rejimi tətbiq edilirdi. Aprelin 27-dən məhdudiyyətlərin yumşaldılmasına başlanılmışdı. Ölkədə 783 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 605-i sağalıb, 12-si vəfat edib.

Xəbər 1850 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +