Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


20.07.2023  10:45 

“Nazirliyə tam real siyahı təqdim etmişik“ - Əli Kərimli





A+  A-

"İstəyirəm biləsiz ki, 5 min nəfərdən artıq partiya üzvünün reyestrini Ədliyyə Nazirliyinə təqdim etməklə bağlı problemimiz yoxdur. Nazirliyə tam real siyahı təqdim etmişik".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə AXCP sədri Əli Kərimli çıxış edib.

Ə.Kərimli bildirib ki, lazım gəlsə, biz üzvlərimizin şəxsiyyət vəsiqələrinin surətini də nazirliyə verməyə, hətta 5 min nəfərdən artıq adamın video müraciətlərini də hazırlayıb təqdim etməyə hazırıq:

"Sizi isə sıralarımıza ona görə dəvət edirəm ki, hakimiyyət anlasın ki, o bizə qanunsuz təzyiqləri artırdıqca, xalqımız da bizə sahib çıxacaq, ölkədə hüquq və azadlıqların tam məhv edilməsinə göz yummayacaq. Məsələn, hakimiyyət ən müxtəlif təzyiq üsulları ilə 100 nəfəri sıralarımızdan uzaqlaşdıra biləndə, anlamalıdır ki, ədalətli, haqqa dayaq xalqımız o itkinin yerini 5-10 qat artıqlaması ilə dolduracaq".

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası Ədliyyə Nazirliyi tərəfindən mənfi cavab alıb. Nazirliyin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədovun iyulun 19-da partiyaya göndərdiyi məktubda qeyd olunub ki, 5138 üzvü əhatə edən reyestrdə 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən onlar partiya tərəfindən dəqiqləşdirilməlidir.

"Reyestrdəki eyniləşdirilmiş şəxslərin sırasından 119 nəfərin başqa partiyanın üzv olduğu, 59 şəxs barədə məlumatların təkrarlandığı və 3 nəfərin öldüyü müəyyən edilib. Həmçinin, reyestrdə adları qeyd olunan şəxslərlə əlaqə saxlanılarkən onlardan 609 nəfəri AXCP üzvü olmadığını bildirib", – nazirlik əlavə edib.

İlqar Məmmədovun sözlərinə görə, təqdim olunan məlumatlarda 33 nəfərin əlaqə telefonunun nömrəsi qeyd olunmayıb.

Nazirlik "Siyasi partiyalar haqqında" Qanunun 30.2 maddəsinə əsaslanaraq reyestrdə aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün partiyaya 30 gün vaxt verib.

Xəbər 1055 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +