Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


06.12.2022  11:51 

“Bu yarıtmazlıq nədən ibarətdir?”





A+  A-

“Bu yarıtmazlıq nədən ibarətdir? İstər Fransa, istər Belçika, istər Almaniya və ya digər ölkələr olsun... Necə olur ki, bir parlamentdə 256 nəfər Azərbaycanın əleyhinə səs verir və bir nəfər olsun belə Azərbaycanın lehinə səs vermir?”

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Fazil Mustafa bildirib.

F.Mustafa bildirib ki, 30 ildir orada diplomatik korpusumuz fəaliyyət göstərir:

“30 ildir müstəqilik. Yəni bu səfirlərin bir-iki şəxsi dostu da yoxdur? Münasibət quracağı 5-6 adam da yoxdur? Yəni hamı ermənilərin təsiri altındadır? Ermənilər kimi kiçik bir xalq hamını ələ alıb? Bu, inandırıcı gəlmir. Biz özümüzə aid olan bir sıra məsələləri həll etmədiyimizə görə problemlər yaşayırıq. Bir çox hallarda bu istiqamətdə olan insanlar qabiliyyətə görə yox, qabiliyyətsizliyə görə daha yuxarı vəzifələrə irəli çəkilir”.

F.Mustafa qeyd edib ki, bu gün fonddan, dövlət büdcəsindən 20 Yanvar qırğını, Xocalı soyqırımı ilə bağlı tədbirləri keçirməyə və Azərbaycanı tanıtmağa pul ayrılır:

“Azərbaycanı bu formada tanıtmağa nə ehtiyac var? Elə Azərbaycanın Prezidenti öz çıxışı, davranışı, apardığı müzakirələrlə ölkəmizi ən yüksək səviyyədə tanıdır. Bunun ayrı-ayrı adamlar tərəfindən edilməsinə ehtiyac yoxdur. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diplomatik korpusumuz orada olduğu müddətdə həmin ölkələrdə olan səlahiyyətli şəxslərlə bağlı, ictimai fikrə təsir edə biləcək şəxslərlə əlaqə qurmağı bacarmalıdır. Bir çoxu bu qabiliyyətdən məhrumdurlar. Sadəcə 5 il vaxtını öldürüb gəlirlər. Onlar haqqında müzakirə açılmır, onların nə işlə məşğul olduğu soruşulmur?!”

Xəbər 1053 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +