Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib


03.06.2022  16:02 

“Elmira Axundova 1 milyon rüşvət verdi və səfir oldu” - İddia





A+  A-

“Azərbaycanda bəzi adamlar layiq olmadığı mövqelərə gəlirlər”.

XəzərNews.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri bildirib ki, bu zaman da həmin adamlar davranışı ilə özünü insanların nəzərində saxlayır:

“Elmira Axundova bir jurnalist idi, birdən-birə deputat oldu, böyük bir iş adamına çevrildi, yüzlərlə müəssisə əldə etdi. O vaxtkı məlumata görə, o, getdi 1 milyon rüşvət verdi və səfir oldu. Hətta, ABŞ onun səfir təyin olunmasına görə Ukraynaya öz etirazını da bildirmişdi. Yəni, belə insanlardan işi buraxıb konsertə getmək, vətəndaşlarımıza kömək etməmək və s. kimi bundan artıq heç nə gözləmək olmaz. Elmira Axundovanın nəinki deputat, səfir, hətta kiçik bir dövlət müəssisəsində hər hansı bir məmur işləməyə haqqı yox idi. Ancaq Rusiya özünün bütün təmsilçilərini, onun maraqlarını müdafiə edənləri mümkün qədər çalışır ki, Azərbaycanın dövlət struktrunda yerləşdirsin. Elmira da belə adamlardan biridir”.

S.Cəlaloğlu Elmira Axundovanın yüksək maaş alması və əlavə imtiyazlardan yararlanmasından da danışıb: “Qeyri-hüquqi işlərin bütün müəssisələri də qeyri-hüquqidir. Elə adamın mənəvi haqqı yoxdur ki, deputat və səfir olsun. Bundan sonra nə əldə etməsi, nə əldə etməməsi və s. bütün bunların hamısı qanundankənar şeylərdir. Bu məsələyə yalnız siyasi qiymət verə bilərəm. Siyasi qiymətim odur ki, bu adam Rusiyanın maraqlarını müdafiə edən adamdır. Bunun səfir və deputat olması Rusiyanın bilavasitə təsiri ilə əlaqəlidir”.

Xəbər 1893 dəfə oxunub.




30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +