Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


15.05.2023  16:27 

“Məndən 100 min manat istədi...“ - Maraqlı





A+  A-

Jurnalist, Afn.az saytının Baş redaktoru Həbibə Abdulla millət vəkili Ağalar Vəliyevlə bağlı xatirəsini paylaşıb.

XəzərNews.az xəbər verir ki, jurnalistin sözlərinə görə, deputat, "Kristal Abşeron" şirkətinin sahibi, böyük iş adamı Ağalar Vəliyev bir tanış vasitəsilə onları görüşə çağırıb:

"2015-ci ilin yayı idi. Payızında parlament seçkiləri olacaqdı. Dedilər seçki prosesi ilə bağlıdır. Getdik. Salamməleyk, xoş-beş, müəllim qayıtdı ki, google-un baş redaktorunu tanıyırsızmı? Əvvəl təəccübləndim, sonra izah etdim vəziyyəti. Dedi bəs, mən adımı ordan sildirmək istəyirəm. Dedim niyə? Dedi ki, aparatdan (Prezident Aparatı) tapşırıq gəlib ki, deputat olmaq istəyirsənsə, adını google-dan sildirməlisən. Daha doğrusu, onunla bağlı neqativ yazılardan gedirdi söhbət. Dedim mümkün deyil. Dedi bəs filankəs (media təşkilatlarından birinin adını çəkdi) məndən 100 min manat istədi, dedi verəcəyik google-un redaktoruna siləcək. Dedim yalan deyir, sizi aldadır.

Nə isə, təklif etdim ki, saytlarda özü haqda müsbət yazıları bol eləsin, neqativlər keçsin arxaya. Ağlına batdı, elədi, xeyrini də gördü - deputat oldu".

Xəbər 1347 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +