Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


16.02.2023  16:08 

“Qadına Dəstək Mərkəzi” yaradılır - Foto





A+  A-

Fevralın 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Səhiyyə və Sağlam Həyat” İctimai Birliyinin “Sağlam gələcək naminə” QHT Koalisiyasına üzv olan digər QHT-lərlə birgə həyata keçirdiyi ""Sağlam qadın sağlam cəmiyyətin təməlidir" layihəsi çərçivəsində “Qadına Dəstək Mərkəzi”nin yaradılması” adlı layihənin icrasına başlanılıb.

Layihənin məqsədi ölkəmizdə məişət zorakılığının qarşısını almaq, məişət zorakılığına məruz qalmış qadınların psixoloji problemlərini aradan qaldırmaq, gənc qızların daha məlumatlı dayanıqlı və güclü olmaları üçün onları maarifləndirmək, qadın və qızlara qarşı hər hansı zorakılığı aradan qaldırmaq və hüquqlarını müdafiə etməkdir.

Dörd ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Bakı şəhərində “Qadına Dəstək Mərkəzi”nin fəaliyyətinə start veriləcək və Mərkəzdə zərərin qarşısının alınması məqsədi ilə hələ nigaha daxil olmamış gənclərin maarifləndirilməsi və psixloji dəstək alması üçün maarifləndirici təlimlər təşkil olunacaq. Göstərilən xidmətlərdən uzaq məsafədən yararlanmaq istəyən və evdən çıxmaq imkanı olmayan qadınlar üçün Mərkəzdə Qaynar xətt yaradılacaq.

Layihə çərçivəsində bölgələrdə yaşayan məişət zoraklığına məruz qalmış, ailə münasibətlərində və iş həyatında problemlərlə üzləşən qadınların, eləcə də zərərin qarşısının alınması məqsədi ilə hələ nikaha daxil olmamış gənc qızların maarifləndirilməsi və ehtiyacı olanlara hüquqi və psixoloji yardımın çatımlılığının təmini məqsədilə Masallıda, Balakən və Beyləqanda səyyar tədbirlər təşkil ediləcək.



Xəbər 1103 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +