Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


06.01.2022  15:45 

Bakıda direktor məktəbdə şagirdləri döydü





A+  A-

Bakıda məktəb direktorunun şagirdləri döyməsini əks etdirən iddia olunan video yayılıb.

Həmin görüntülərin 9 saylı tam orta məktəbdə çəkildiyi deyilir. Qeyd olunur ki, məktəbin direktoru Zinyət Əhmədova iki şagirdə foyedə şillə vurub.

XəzərNews.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı idarə tərəfindən müvafiq araşdırma aparılır: “Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.



Xəbər 1890 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +