“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


05.08.2018  10:45 

Orxan Camalın cənazəsi Moskvaya gətirildi





A+  A-

Mərkəzi Afrika Respublikasında güllələnərək qətlə yetirilmiş rusiyalı jurnalistlər Aleksandr Rastorquyev və Kirill Radçenkonun, o cümlədən əslən azərbaycanlı olan Orxan Camalın cənazələri Parisdən Moskvaya gətirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə “Şeremetyevo” hava limanından olan mənbə bildirib.

“Jurnalistlərin cəsədi “Air Rrance” şirkətinin 1144 saylı reysi ilə gətirilib. Cənazəni hava limanında İstintaq Komitəsinin əməkdaşları və qətlə yetirilənlərin ailə üzvləri qarşılayıb. Daha sonra meyitlər məhkəmə-tibbi ekspertizasına aparılıb”, - deyə mənbə söyləyib.

Qeyd edək ki, hər üç jurnalist sənədli film çəkilişi üçün MAR-a gediblər. Ancaq onlar nəzarət-keçid məntəqəsində naməlum şəxslər tərəfindən öldürülüblər. İlkin ehtimala görə, onlar soyğunçuluq məqsədilə öldürülüblər.

Qətlə yetirilənlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri olmuş, ilahiyyatçı, politoloq Heydər Camalın oğludur. Əslən azərbaycanlı olan Heydər Camal 2016-cı ilin dekabrında Qazaxıstanın Almatı şəhərində 69 yaşında dünyasını dəyişib.

Xəbər 1585 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +