Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


28.12.2018  12:32 

Azərbaycan banklarının vəziyyəti açıqlandı





A+  A-

30 noyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,827.2 mln. manat, cəmi öhdəlikləri isə 25,579.7 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4,247.5 mln. manat olub.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) XəzərNews.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, 2018-ci ilin noyabr ayı ərzində bank sektorunun aktivləri cari ilin oktyabr ayı ilə müqayisədə 0.5% (137 mln. manat), öhdəlikləri 0.2% (61.5 mln. manat), balans kapitalı isə 1.8% (75.5 mln. manat) artıb. Noyabr ayında bankların kredit portfeli 2.4% (282.9 mln. manat) artaraq 12,171.2 mln. manat təşkil edib. Ümumilikdə 2018-ci ilin 11 ayında bank sektorunun kredit portfeli 7.4% (834.5 mln. manat) artıb.

Noyabr ayında fiziki şəxslərin əmanətləri 7,989.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında fiziki şəxslərin əmanətlərində 5.9% (447.4 mln. manat) artım olub.

Cari ilin 11 ayı ərzində banklar 644 mln. manat əməliyyat mənfəəti, 306.3 mln. manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 141, ATM-lərin sayı 2 490 olub. Bank sektorunun işçi heyəti noyabr ayında 0.6% (110 nəfər) artaraq 17 321 nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 11 ayında bank sektorunda çalışanların sayı 7.1% (1 150 nəfər) artıb.

Xəbər 1712 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +