Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


12.01.2023  12:31 

Nazarbayev fəxri senator titulundan məhrum edilib





A+  A-

Qazaxıstan Senatı keçmiş prezident Nursultan Nazarbayevin fəxri senator vəzifəsini qanundan çıxarıb. Beləliklə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev fəxri senator titulunu itirib.

XəzərNews.az xəbər verir ki, parlamentin yuxarı palatasının sədri Maulen Aşimbayev jurnalistlərə bildirib ki, bu status prosessual reqlamentdən çıxarılıb.

"Fəxri senator" adı artıq qanunda yoxdur. İyun ayında keçirilən referendumda bütün xalqımız ona səs verib, referendumda ilk prezident Elbası ilə bağlı müddəalar konstitusiyadan çıxarılıb. Bu, Xalqın qərarıdı” - deyə o, əlavə edib.

Xatırladaq ki, Nazarbayevə Qazaxıstanın fəxri senatoru statusu 2019-cu ilin mayında, təxminən 30 illik hakimiyyətdən sonra respublika rəhbəri vəzifəsindən istefa verdikdən bir neçə ay sonra verilib. Fəxri senator vəzifəsi xüsusi olaraq onun üçün təqdim edilib. O zaman parlament hesab edirdi ki, bu, “Qazaxıstanın formalaşmasında və inkişafında, Qazaxıstan cəmiyyətinin konsolidasiyasında böyük xidmətlərinə görə Elbasıya verilən ədalətli qiymət və tərifdir”.

XəzərNews.az

Xəbər 974 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +