Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


23.06.2021  09:32 

Rusiyada insan beyninə çip yerləşdirəcək proqram hazırlanır





A+  A-

Rusiya Təhsil və Elm Nazirliyinin nəzdində yeni bir “2021–2029-cu illər üçün beyin, sağlamlıq, zəka, yenilik” federal proqramının hazırlanması üçün işçi qrupu yaradılıb.
XəzərNews.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, proqramın büdcəsi 54 milyard rubl dəyərində qiymətləndirilir.

Layihənin əhatə etdiyi sahələr arasında beyin-kompüter interfeysi (BCI) texnologiyalarının inkişafı da yer alır. Texnologiya süni intellektdən istifadə etməklə beyindən gələn elektrik siqnalları ilə xarici cihazları birbaşa (kompüter və ya ekzoskelet) idarə etməyə imkan verən bir sıra kompüter və proqram sistemlərindən ibarətdir.

Sənəd Rusiya Elmlər Akademiyası tərəfindən Moskva Dövlət Universiteti ilə birlikdə hazırlanıb və mart ayında Prezident Vladimir Putin tərəfindən təsdiq edilib.

Təhsil və Elm Nazirliyi layihənin inkişafın ilkin mərhələsində olduğunu açıqlayıb.

Proqram üçün vəsaitlərin “Elm”, “Demoqrafiya”, “Səhiyyə”, “Əmək məhsuldarlığı və məşğulluğun dəstəklənməsi” və “Rəqəmsal iqtisadiyyat” milli layihələrindən ayrılması planlaşdırılır.

Xəbər 1563 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +