Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


06.06.2023  14:16 

Zəngəzur dəhlizi açılacaq, amma...





A+  A-

"Zəngəzur dəhlizi açılacaq. Amma, Ermənistanın nəzarətində olacaq".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə MCP sədrinin müavini Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsədullazadənin fikrincə, Ermənistan rəhbərliyi çalışır ki, Zəngəzur dəhlizində Rusiya FTX Sərhəd qoşunları dayanmasın:

"Məhz 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndində Zəngəzur dəhlizində Rusiya sərhəd qoşunlarının təhlükəsizliyi təmin ediləcəyi qeyd edilib. ABŞ, Ermənistan rəhbərliyini 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndində imtina etməyə, xüsusilə Rusiya ilə bağlı bəndlə razılaşmamağı sövq edib".

O, qeyd edib ki, Zəngəzur dəhlizində Rusiya FTX Sərhəd qoşunlarının olması, Azərbaycanın da maraqlarına uyğun deyil:

"Bununla, Rusiya hər iki tərəfi nəzarətdə saxlamağa, istənilən vaxt dəhlizi bağlaya bilərdi. Azərbaycan Laçın yolunda Ermənistanla sərhəddə NBM quraşdırdıqdan sonra, Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizində Ermənistanın NBM qurması gözlənilir. Ümumiyyətlə, Ermənistan ilk gündən dəhliz verilməyəcəyini, yalnız Ermənistanın nəzarətində olacağı dəmiryol və avtomobil yolu ilə razılaşacağını elan edib.

Göründüyü kimi, Zəngəzur dəhlizi ilə bağlı məsələdə dəmiryol xətti çəkiləcək və Ermənistanın nəzarətində olacaq. ABŞ -da bu prosesi dəstəkləyir. Azərbaycan dəmiryol və avtomobil yolunun açılışında maraqlıdır. Amma, 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndində olduğu kimi Rusiyanın nəzarətində olmayacaq.

Qeyd edim ki, Laçın yolu olduğu kimi, Zəngəzur yolu olacaq. Rusiyanın bu prosesdə yer alması yeni böhrana gətirə bilər. ABŞ -da Rusiyanın regionda qalıcılığını qoruyub saxlayacaq 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndini qəbul etmədiyi görünür".

Xəbər 1165 dəfə oxunub.



28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +