Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?
Azərbaycan kişisinin ideal qadın obrazı bunlarmı?
Rusiyada qadını öldürüb Azərbaycana gəldilər
Döyülən uşağın məsələsi böyüyür...
Tramp ABŞ-dəki ukraynalıları deport edir
Ağ Ev onlarla ilə gizli əlaqə saxlayır
Tıxaca səbəb iftar imiş... - RƏSMİ
Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb - VİDEO
Döyülən gəncin valideyinləri nə tələb edir? - VİDEO


30.01.2022  11:47 

Müəmmalı “Şuşa” mükafatı narazılıq yaratdı





A+  A-

"Bakı Gənclər Mərkəzində ictimaiyyətə indiyədək bəlli olmayan qurum və şəxs tərəfindən müəyyən şəxs və təşkilatlara "Şuşa Milli Mükafatı” adlı təltifin təqdim edilməsi ictimaiyyətdə ciddi narazılığa səbəb olub”.

XəzərNews.az xəbər verir ki, siyasi təhlilçi Elçin Mirzəbəyli statusu bəlli olmayan təsisat adından "Şuşa” adlı mükafatın verilməsini sərt tənqid edib:

"Ölkədə "Şuşa Milli Mükafatı” təqdim edilir. "Zəfər təntənəsi” adlı statusu bəlli olmayan təsisatın adından və Vəsilə Qabilqızı adlı haqqında heç bir bilgi olmayan şəxsin imzası ilə…

"Mükafat”la bağlı məlumatlardakı dil və fikir xətaları, "mükafata” layiq görülən şəxslərin qarşında qoyulan tələblər baş verənlərin əsl mahiyyətini ortaya qoyur:

Kimlərsə mədəniyyətimizin paytaxtına olan sevgidən öz təbliğatları üçün istifadə etməyə cəhd göstərir.

Şuşanın adının yer aldığı bir mükafatı, həm də "Milli Mükafat” statusu ilə yalnız dövlət və onun müvafiq təsisatları, həmçinin Mədəniyyət nazirliyi, Şüşanın daşını-torpağını, ruhunu yenidən dircəldən Heydər Əliyev Fondu təsis edə bilər.

Düşünürəm ki, bu məsələ ciddi şəkildə araşdırılmalı, Şuşa da daxil olmaqla işğaldan azad etdiyimiz yurd yerlərimizin adından sui-istifadə hallarına son qoyulmalıdır”.










Xəbər 1713 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq

05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“


BÜTÜN XƏBƏRLƏR +