Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?
Azərbaycan kişisinin ideal qadın obrazı bunlarmı?
Rusiyada qadını öldürüb Azərbaycana gəldilər
Döyülən uşağın məsələsi böyüyür...
Tramp ABŞ-dəki ukraynalıları deport edir
Ağ Ev onlarla ilə gizli əlaqə saxlayır
Tıxaca səbəb iftar imiş... - RƏSMİ
Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb - VİDEO
Döyülən gəncin valideyinləri nə tələb edir? - VİDEO


09.01.2018  13:36 

“Favorit”dən ittihamlara CAVAB: “Məqsədini bilmirik ...”





A+  A-

“Favorit” supermarketin heç bir filialında belə hal yaşanmayıb”.
XəzərNews.az xəbər verir ki, bunu “Favorit” supermarketin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev "del Gerani" təxəllüsü ilə tanınan yazarın sözügedən marketlə bağlı ittihamlarını şərh edərkən deyib. Menecer bildirib ki, Şəhriyar del Gərani adlı facebook istifadəçisindən şirkətə heç bir şikayət daxil olmayıb:

“Şəhriyar del Gərani adlı facebook istifadəçisinin yazdığı statusla tanış oldum. Statusu oxuduqdan sonra dərhal məsələni araşdırdım. Lakin Favorit Supermarketin heç bir filialında belə hal yaşanmayıb. Ümumilikdə isə marketlərdə çalışan hər bir satıcıya "Araz təlim və inkişaf mərkəzi" tərəfindən müştəri ilə davranış kodeksi, etik davranış kodeksi və s. mövzularda təlim və seminarlar keçirilir. Müştərilərimiz hər hansı bir satıcı barədə şikayət edərsə, şikayət Müştəri xidmətləri şöbəsi və İnsan resursları departamenti tərəfindən araşdırılır. Əgər neqativ hal baş veribsə personala xəbərdarlıq olunur və etik davranış barədə yenidən təlimatlandırılır. Mağaza personalının dərhal işdən azad olunması isə absurddur. Şəhriyar del Gərani adlı facebook istifadəçisindən şirkətimizə heç bir şikayət daxil olmayıb. Facebookda yazdığı statusun əsası yoxdur. Məqsədi nədir bilmirəm. Əgər şikayəti varsa bizə bildirə bilər. Bizim üçün bütün müştərilər dəyərlidir.

Ümumən isə müştərilərimizdən hər-hansı bir neqativ hal yaşandıqda dərhal qaynar xəttimizə (012924) zəng edərək, facebook və instagram səhifəmizə yazaraq bizə məlumat verməsini xahiş edirik. Məqsədimiz müştərilərimizin hər zaman razı qalması və onların məmnunluğudur”.

Qeyd edək ki, Şəhriyar del Gərani sosial şəbəkədə “Favorit” supermarketin satıcısının ona qarşı kobud rəftarına görə işdən çıxartdığını bildirib.

Xəbər 1877 dəfə oxunub.




06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq

05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“


BÜTÜN XƏBƏRLƏR +