Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi
Azərbaycanda bloger həbs edilib
Cəlilabadda bu yollar təmir olunacaq - SƏRƏNCAM
Siqaretlər yenidən bahalaşıb
Təmiz araq için - Rəşid Mahmudov - Video
Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama
Prezident TDT ilə bağlı sənədi təsdiq etdi
Aİ yolu Ermənistana baha başa gələcək - Qaluzin


07.07.2022  10:18 

Rəisi Qəzvin - Rəşt - Astara dəmir yolu ilə bağlı tapşırıq verdi





A+  A-

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi iyulun 6-da Nazirlər Kabitetinin geniş tərkibli iclasını keçirib.

XəzərNews.az xəbər verir ki, İ.Rəisi bir sıra iqtisadi məsələlərlə yanaşı, Qəzvin - Rəşt - Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun tikintisini də müvafiq nazirliklərin rəhbərləri ilə müzakirə edib. İran Prezidenti bu yolun ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olduğunu nəzərə çatdırıb və yolun qalan hissəsinin inşasının sürətləndirilməsi barədə tapşırıqlar verib.

İ.Rəisi bildirib ki, İran ilə Azərbaycan Respublikasının dəmir yollarını birləşdirəcək 163 kilometrlik Rəşt-Astara dəmir yolu xəttinin tikintisi sürətləndirilməli və tez bir zamanda istismara verilməlidir.

Qəzvin - Rəşt – Astara (İran) –Astara (Azərbaycan) dəmir yolu xətti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində əsas seqmentdir. Əlavə 2 seqmenti isə avtomobil və dəniz yolları təşkil edir. Lakin ən sərfəli və digər 2 seqmentlərdən fərqli olaraq dəmir yolları ilə hərəkət edən qatarların daha çox yük daşımaq imkanı var. Bununla yanaşı, Azərbaycan ilə İranın dəmir yolları sistemləri Rəşt – Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti ilə birləşsə, onda Rusiyadan Asiyaya və əks istiqamətə daşınan yüklərin həcmi də artacaq. Yüklərin həcminin artması İranı və Azərbaycanı beynəlxalq tranzit mərkəzinə çevirməklə yanaşı, iqtisadi inkişafa da əsaslı təkan verəcək.

Hələlik Qəzvin - Rəşt - Astara dəmir yolunun Qəzvin - Rəşt hissəsi isifadəyə verilib. Rəşt - Astara hissəsində isə işlər davam edir. İqtisadi sanksiyalar İrana bu işi tamamlamaqda böyük maneə olur. Lakin buna baxmayaraq İranda sayca “13-cü hökumət” deyilən Prezident İbrahim Rəisinin rəhbərlik etdiyi hökumət yaxın qonşularla iqtisadi əlaqələrin artırılmasını və “müdafiə iqtisadiyyatı” adlandırdıqları iqtisadi siyasəti prioritet elən edib./AzərTac

Xəbər 1752 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı

12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu


BÜTÜN XƏBƏRLƏR +