“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


18.04.2025  16:40 

Klassik İraq-türkman ədəbiyyatı ilə bağlı yazılmış... - İlk kitab





A+  A-

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayevin "Kərküklü Növrəs Qədim (Həyatı və yaradıcılığı, "Tarixçeyi-Növrəs" əsəri, qəzəlləri)" adlı kitabı işıq üzü görüb.

XəzərNews.az xəbər verir ki, kitabda müəllifin XVIII əsr İraq-türkman ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəzar Növrəs Qədimin həyat və yaradıcılığı, eləcə də qədim Azərbaycan şəhəri olan İrəvan haqqında yazdığı "Tarixçeyi-Növrəs" əsəri ilə bağlı araşdırmaları yer alıb.

Orxan İsayev XVIII əsrdə Osmanlı və Səfəvi qoşunlarının İrəvan uğrunda mübarizəsindən bəhs edən "Tarixçeyi-Növrəs" əsəri əski osmanlıcadan Azərbaycan dilinə çevirərək kitabın ikinci hissəsində oxuculara təqdim edir. Bundan əlavə, kitabda görkəmli şairin türkdilli "Divan"ından seçilmiş qəzəllər də öz əksini tapıb.

Orxan İsayevin "Kərküklü Növrəs Qədim (Həyatı və yaradıcılığı, "Tarixçeyi-Növrəs" əsəri, qəzəlləri)" kitabı klassik İraq-türkman ədəbiyyatı ilə bağlı yazılmış ilk kitabdır.

Kitabın elmi redaktoru və məsləhətçisi Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, ön sözün müəllifi "Kərkük Kültür Dərnəyi" nin rəhbəri Dr.Şəmsəddin Kuzəçi, rəyçilər fil.ü.f.d. İsmixan Osmanlı, fil.ü.f.d. Kübra Quliyeva və fil.ü.f.d. Elnur Mustafayevdir.





Xəbər 2869 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +