Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı


19.03.2019  18:06 

Azərbaycana 110 kq narkotik keçirmək istədilər





A+  A-

Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 110 kq 400 qram natkotik vasitənin-heroinin qaçaqmalçılığının qarşısı alınıb.
XəzərNews.az-a daxil olan məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan külli miqdarda narkotik vasitələrin Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında İrandan Azərbaycan ərazisindən tranzit keçməklə İsveçə “yeyinti malları” adı altında yük daşıyan İİR vətəndaşı İranızadeh Alı Gholamabbasın idarə etdiyi “VOLVO” markalı yük avtomobili Biləsuvar gömrük postunda saxlanılıb və “Belıy” ləqəbli kinoloji xidmət iti vasitəsilə gömrük yoxlamasından keçirilib. Yoxlama zamanı xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun təkərlərinə reaksiya verib. Bundan sonra qoşqunun təkərləri açılaraq 3 ədəd hərəkətverici oxların içərisində, zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda gömrük nəzarətindən gizlədilmiş dairəvi-uzunsov formalı bağlamaların olduğu müəyyən edilib. Yoxlama zamanı yapışqanlı lentlə sarınmış dairəvi formalı bağlamaların içərisindən, ümumilikdə 110 kq 400 qram narkotik vasitə-heroin aşkarlanıb.

Tutulan narkotik vasitənin İran İslam Respublikasından İsveçə aparılmasını nəzərə alsaq, 110 kq 400 qram heroinin Avropanın "qara bazar"ında dəyəri, təxminən 20 milyon manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1342 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +