Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib


12.04.2017  14:48 

İcra Hakimiyyəti jurnalistin evini dağıtdı





A+  A-

Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri jurnalist, Teleqraf.com saytının əməkdaşı Hacı Zeynalovun 4-5 ildir min bir əziyyətlə tikdiyi və hələ də başa çatdırmadığı evini dağıdıb.
XəzərNews.az Modern.az-a istinadən bildirir ki, bu barədə jurnalistin dostları məlumat veriblər. Jurnalistin ev tikməklə bağlı Abşeron rayon İcra Hakimiyyətinin razılıq sənədi, memarlığın təsdiq etdiyi sənədlərinin qaydasında olduğu bildirilir.

Qeyd edilir ki, həmin sənədlər jurnalistə Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı Zakir Fərəcovun vaxtında verilib. Hazırda isə Abşeronun icra başçısı İradə Gülməmədovadır.

Jurnalistin dağıdılan evi Saray qəsəbəsində tikilib. Məlumata görə, o, evi tikdirmək üçün bir neçə dəfə bankdan kredit götürüb və hələ də həmin kreditləri ödəyə bilməyib.

Sayt Abşeron rayon İcra Hakimiyyətinin məsələylə bağlı mövqeyini öyrənə bilməyib.

Xəbər 3248 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +