Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


02.02.2025  10:03 

Cüdoçumuz Parisdə qızıl medal qazandı





A+  A-

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə 2 medal qazanıblar.

XəzərNews.az xəbər verir ki, kişilər arasında 66 kiloqram çəki dərəcəsində Ruslan Paşayev finalda Fransa təmsilçisi Daikii Boubanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Rəşad Yelkiyev 5-ci yerlə kifayətlənib.

73 kiloqram çəki dərəcəsində isə Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə portuqaliyalı Otari Kvantidzeyə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan fevralın 2-dək davam edəcək yarışda 10 cüdoçu ilə təmsil olunur.

Xəbər 1533 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +