Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev


03.10.2020  09:17 

“Ukrayna Azərbaycanı dəstəkləyir” - Zelenski





A+  A-

“Son illər Ukrayna ilə Azərbaycan həm iqtisadi, həm də geosiyasi səviyyədə sıx münasibətlər qurub. Ona görə də Ukrayna bu dövlətə dəstək mövqeyində durub və duracaq”​.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Çernovtsıda KİV nümayəndələri ilə söhbəti zamanı deyib.

O vurğulayıb ki, münaqişə tərəflərindən hər hansı birinə Ukrayna tərəfindən hərbi yardımın göstərilməsindən söhbət gedə bilməz.

“Hesab edirəm ki, bizim bir dövlət kimi aydın, düşünülmüş və düzgün mövqeyimiz var: biz Azərbaycanla Ermənistan arasında dialoqa və bu münaqişənin aradan qaldırılmasına çağırırıq”, - Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, son günlər baş verən hadisələr və Dağlıq Qarabağda yeni gərginlik bir daha göstərir ki, istənilən dondurulmuş münaqişə hətta uzun illərdən sonra da yenidən qızışa bilər. Buna görə də, münaqişələri dondurmaq yox, başa çatdırmaq lazımdır.

“Mən hesab edirəm ki, heç bir dondurulmuş münaqişə ola bilməz, çünki sonra bunun diversiya və ya təxribat olmasının fərqi olmayacaq, amma bu, planetimizin bu və ya digər yerində müharibə başladıqdan sonra hətta otuz il keçsə belə, hər halda, partlayış olacaq”, - dövlət başçısı əlavə edib.

Xəbər 2794 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +