Əmi 11 yaşlı qardaşı qızını zorlayıb - Azərbaycanda
Bacıoğlu ilə yan-yana xoruş döyüşdürən İcra başçısı
Rusiya 170-ə yaxın pilotsuz təyyarə ilə hücum etdi
“Melissa Group”un rəhbəri saxlanıldı
Prezident Ağdam səfərindən paylaşım etdi - Video
Alatavada aparılan söküntü işləri dayandırıldı
“Xəstən ölüb” deyərək həkimdən 20 min alıblar
Kiyevdə iftar süfrəsi açdılar - Fotolar
Zelenski Parisdə... - Sammitdə iştirak edəcək
Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib


07.10.2022  13:41 

“İlk dəfə deyil ki, Fransa rəsmiləri...” - XİN rəsmisi





A+  A-

“5 oktyabr 2022-ci il tarixində Fransa Milli Assambleyasının ermənipərəst üzvünün Azərbaycana qarşı ittihamdolu və Ermənistana daha çox dəstək göstərilməsi ilə bağlı sualını cavablandıran Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna erməni xalqı ilə həmrəy olduqlarını səsləndirib və Azərbaycanla bağlı tamamilə əsassız çağırışlar edib”.

XəzərNews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva bildirib.

“İlk dəfə deyil ki, Fransa rəsmiləri tərəfindən birtərəfli və ermənipərəst mövqe nümayiş etdirilir. Nazir Kolonnanın Ermənistan tərəfinin bu günədək törətdiyi çoxsaylı müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin araşdırılması ilə bağlı heç bir çağırış etməməsi də diqqətdən yayınmır. Təəssüf ki, son 30 ildə Fransa rəsmiləri tərəfindən Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı bir dənə də olsun çağırış edilməyib. Səbəbi bizə bəllidir, lakin yaxşı olardı ki, Avropanın aparıcı qüvvəsi olan, beynəlxalq hüquq prinsiplərinin keşikçisi qismində çıxış edən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində vasitəçi olmaq istəyən bir ölkənin rəsmisi neytral, qərəzsiz və ədaləti mövqedən çıxış etsin.

Ümumiyyətlə, Fransa Prezidenti E.Makronun Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi prosesinə töhfə vermək səyləri fonunda nazir K.Kolonnanın birtərəfli və məsuliyyətsiz bəyanatı anlaşılmazlıq doğurur.

Onu da bildirmək istərdik ki, bir neçə gündən sonra 2 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin raket hücumuna məruz qalmasının və onlarla dinc insanın həyatına son qoyulmasının 2-ci ildönümü olacaq. Bu hərbi cinayətə görə Ermənistan tərəfindən bu günədək heç kim məsuliyyətə cəlb edilməyib. Fransa xarici işlər nazirini bu məsələ ilə bağlı Ermənistan tərəfinə çağırış etməyə dəvət edirik”, - deyə XİN rəsmisi vurğulayıb.

Xəbər 7483 dəfə oxunub.




27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq

27.03.2025  12:36 

Aytac özünü asıb, yoxsa?..

26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb


BÜTÜN XƏBƏRLƏR +