Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


06.03.2017  14:53 

Bakı ilə Bişkek arasındakı gərginlikdə Yerevanın rolu





A+  A-

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad Sammitində Qırğızıstan Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnaməyə qoşulmayıb.
Martın 4-də yayılan bu xəbər bir çoxlarının təəccübünə səbəb olmuşdu.

Hətta, APA-ya açıqlama verən Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da rəsmi Bişkekin bu mövqeyini heç cür izah edə bilməmişdi.
“Bu bizi təəccübləndirdi. Təəssüf ki, Qırğızıstan tərəfi nəyəsə görə bunun siyasi məsələ olduğunu əsas gətirib, qətnaməyə qoşulmadı. Bu qədər işlər, ölkələrin qarşıya qoyduğu vəzifələr qarşısında bu addımın atılması başa düşülən deyil. Qətnamədə BMT-nin tələb etdiyi prinsiplərdir, ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi qoyulub”.

Həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən, ölkəmizlə bir çox təşkilatlarda – Türk Dövlət Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və s. daim Azərbaycanla vahid mövqe nümayiş etdirən Bişkekin geriyə doğru attığı addımın rasional səbəbləri var. Bu səbəblərdən ən bariz olanı Qırğızıstanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlıdır.
Rusiya, Belarus, Qazaxıstan və Ermənistanın da daxil olduğu bu birlik dövlətlər arasında iqtisadi inteqrasiyanı möhkəmləndirməyə, onların vahid gömrük və vergi sisteminin yaradılmasına xidmət edir. Qırğızıstan bu birliyə qəbul olunmuş ən sonuncu üzvüdür (2015-ci il 12 avqust).

Bu tarixdən başlayaraq, Ermənistanla ortaq iqtisadi məkanda yerləşən Qırğızıstan mövqeyində müəyyən dəyişikliklərə getməli oldu. İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu sammitindəki insident də məhz bu dəyişikliyin təzahürü kimi qiymətləndirilə bilər. Lakin istənilən halda, Bakı ilə Bişkek arasındakı tarixi bağları, etnik yaxınlığı və s. nəzərə aldıqda bu kimi xoşagəlməz insidnetlərin daha az olmasına ümid etmək olar.

Maraqlıdır ki, iki türk dövləti arasında qətnamə ilə bağlı yaranmış fikir ayrılığı fonunda Ermənistan baş naziri Karen Karapetyanın Bişkekə səfəri elan olunub.

(modern.az)

Xəbər 7219 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +