14.02.2017 12:27
Nəqliyyat Nazirliyinin ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi gözlənilən idi.
XəzərNews.az xəbər verir ki, bu sözləri bakipost.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, növbəti dəfə struktur islahatlarının aparılması gözlənilənir: "Hazırda struktur islahatları aparılır. Cənab prezidentin "Strateji yol xəritəsi” təsdiq olunub. Orada 12 sahə üzrə prioritet müəyyən olunub. Bu sahələrdən biri struktur islahatlarının aparılmasıdır. Ona görə də Nəqliyyat Nazirliyinin ləğv olunması gözlənilən idi. Bundan sonra da Azərbaycanda struktur və kadr islahatları həyata keçiriləcək”.
Millət vəkili vurğulayıb ki, Nəqliyyat Nazirliyinin faktiki olaraq bir çox səlahiyyəti əlindən alınmışdı: "Faktiki olaraq son vaxtlar müəyyən qurumlar Nəqliyyat Nazirliyindən ayrılmışdı. Nazirliyinin elə bir səlahiyyəti də qalmamışdı. Ona görə də qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi”.
Vahid Əhmədov hazırda bir çox nazirliyə və komitələrə ehtiyac olmadığını qeyd edib: "Struktur islahatları Azərbaycanda getməlidir. Azərbaycanda bu qədər nazirlik və komitə həddən artıq çoxdur. Yəqin ki, bu proses davam edəcək. Bu, mütləq olmalıdır. Bizdə sovet vaxtından qalma hökumət fəaliyyət göstərir. Hansı ki, onların çoxuna ehtiyac yoxdur”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirilib. Sərəncama uyğun olaraq Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
|
29.04.2025 23:44
29.04.2025 23:38
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29.04.2025 23:23
29.04.2025 23:20
29.04.2025 23:13
29.04.2025 23:10
29.04.2025 18:31
29.04.2025 18:08
“MedAura”da əməliyyat olunan xəstənin burnu çürüyür? - VİDEO
29.04.2025 17:58
29.04.2025 17:54
29.04.2025 17:35
29.04.2025 16:30
29.04.2025 16:17
29.04.2025 15:50
29.04.2025 15:14
29.04.2025 15:02
29.04.2025 14:08
29.04.2025 13:54
29.04.2025 13:48
29.04.2025 13:45
29.04.2025 13:35
29.04.2025 13:33
29.04.2025 12:46
29.04.2025 12:36
29.04.2025 12:20
29.04.2025 12:08
29.04.2025 11:56
29.04.2025 11:49
Milyarder Fərhad Əhmədovun adı rüşvət işində – İNTERPOL araşdırır…
29.04.2025 11:46
29.04.2025 11:43
29.04.2025 11:26
Pezeşkianın Bakı səfəri və ya Ali rəhbər Azərbaycanla münasibətlərə niyə xeyir-dua verdi?
29.04.2025 10:40
Qırmızı dənizdə ABŞ-nin 60 milyon dollarlıq döyüş təyyarəsi itib
29.04.2025 10:21
29.04.2025 10:10
28.04.2025 23:41
28.04.2025 21:50